QİBLEYİ-ALƏM ƏRƏB

Müsəlman Şərqində hökmdarlara verilən ünvanlardan biri və onlara müraciət ifadəsi. (“Koroğlu” dastanının lüğəti)

Bu, qibleyi-aləm padşahın hökmüdü. (“Koroğlunun qocalığı”)

QIZLAMAQ
QİLAF
OBASTAN VİKİ
Aləm Nuriyev
Nuriyev Aləm Bayram oğlu — tarix elmləri doktoru, professor, arxeoloq, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu ilk orta əsrlər Azərbaycan arxeologiyası şöbəsinin müdiri. == Həyatı == Aləm Nuriyev 1936-cı il oktyabr ayının 7-də Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur. 1984–1989-cu illərdə qədim Bərdə şəhərinin araşdırılması məqsədilə qazıntı işlərində iştirak etmişdir. 1984-cü ildə Bərdə rayonunun Şatırlı kəndi yaxınlığında üzərində alban əlifbası ilə yazılar yazılmış insan fiqurlu qədim məzar daşı abidəsi aşkar etmişdir. Əsasən Qafqaz Albaniyasının müxtəlif problemlərinin tədqiqi və öyrənilməsi, sənətkarlıq, şüşə, dulus, metalişləmə tarixi, Bərdə şəhərinin inkişaf mərhələləri, xaraba şəhərlərin (Şamaxı, Bərdə, Naxçıvan, Ərəs və s.) üzrə çıxarılması və Azərbaycan tarixinin digər problemlərinin öyrənilməsi və tədrisi ilə məşğul olur. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İlk Orta Əsrlər Azərbaycan Arxeologiyası şöbəsinin müdiridir. Rusiya Federasiyası Abidələrinin Mühafizəsi Cəmiyyətinin üzvüdür. 115-dən çox elmi məqalənin müəllifidir. == Əsərləri == Qafqaz Albaniyasının şüşə məmulatı və istehsalı tarixi. Bakı: Elm, 1981 Bərdə şəhərinin tarixi arxeoloji oçerki.
Müzəffər Aləm
Müzəffər Aləm (d.1882-ö.1973) — İranın Xarici İşlər vəziri. == Həyatı == Müzəffər Aləm 1882-ci ildə Osmanlı imperiyasının Trabzon şəhərində anadan olmuşdu. Atası Mirzə Əliəkbar xan Mötamədəlvüzəra Qəzvini Bakı, İstanbul, Dəməşq, Bağdad şəhərlərində konsul işləmişdi. Növbəti xidməti yerində Müzəffər xan dünyaya gəldi. İlk təhsilini Bakıda, sonra Tehranda aldı. İstanbulda Osmanlı Hərbiyyə məktəbində oxudu. Sonra Fransaya Sen-Sir (Saint Sier) Artileriya məktəbində təhsilini davam etdirdi. Müzəffər xan vətənə döndükdən sonra İran Xarici İşlər vəzarətində işə düzəldi. Dəməşq şəhərində konsul kimi xidmət etdi. Müzəffər xan 1910-cu ildə Xarici İşlər vəzarətindən istefa etdi.
Ərəb
Ərəblər — Afrika və Asiya qitələrində kompakt şəkildə yaşayan , dünyanın ən böyük xalqlarından biri. Səudiyyə Ərəbistanında, Suriyada, İordaniyada, İraqda, Yəməndə, Omanda, Misirdə, Sudanda (əhalisinin 1/2-ni təşkil edirlər), Əlcəzairdə, Liviyada, Tunisdə və s. əhalinin əksəriyyətini təşkil edirlər. Dünyada sayları təxminən 354.503 milyon nəfərdir. Hazırda dünyada 21 müstəqil ərəb dövləti var.Ərəblər ana dilləri ərəbcə olan, başlıca Ərəb yarımadası və şimali Afrikada yerləşmiş olan sami xalqdır. Aralıq dənizinin cənubunda Afrikada Böyük Səhra və Sudana, şərqində İraqa və Ərəb yarımadasına qədər uzanan bir coğrafiyada yaşayırlar. Əhalisinin əksəriyyəti ərəblərdən ibarət olan və ərəbcə danışılan ölkələr ərəb ölkələri olaraq adlanırlar. Bu ölkələrdə, ərəbcədən əlavə olaraq Şimali Afrikada bərbərcə, İraqda kürdcə və türkməncə, Cənubi Ərəbistanda isə müxtəlif yerli dillər danışılır. == Ərəblərin soyu == İbrahim peyğəmbərin İsmayıl və İshaq adında iki oğulu olmuşdur. İslam ənənəsinə görə, islam peyğəmbəri Məhəmməd və ərəblərin atası İsmayıldır.
Aləm-i Nisvan
Aləm-i Nisvan — düynyadakı ilk türk-müsəlman qadın jurnalıdır. Qadınlar dünyası mənasına gəlir. Ərəb əlifbasından istifadə edərək Krım tatar dilində 1906–1912 arasında Krımda nəşr edilmişdir. Baş redaktorluğunu İsmayıl Qaspiralının qızı və AXC-nin qurucularından olan Nəsib bəy Yusifbəylinin həyat yoldaşı olan Şəfiqə Qaspiralı (1886–1973) etmişdir. == Tarixi == Müsəlman qadın jurnalının nəşr edilməsi fikri XIX və XX əsrin önəmli Krım tatar nəşriyyatçısı və ziyalısı İsmayıl Qaspiralının həyat yoldaşı Zəhra Akçura-Qaspiralının təklifi ilə ortaya çıxmışdır. Qadınların bu məsələdəki istəkləri Tərcüman qəzetinin səhifələrində müxtəlif dövrlərdə gündəmə gətirildi və ayrı bir jurnal yayımlandı. Akçurin-Qaspirinskaya 1887-ci ildə Tərbiyə adlı qadın jurnalı çıxartma cəhdi etdi, daha sonra 1891-ci ildə Qaspiralı Qadın qəzetinə iki ayda bir əlavə icazəsi istədilər. Ancaq tələb rus səlahiyyətli şəxsləri tərəfindən qəbul edilmədi. Nəhayət, 1905-ci ildə inqilabdan sonra nəşriyyatın sərbəstləşdirilməsindən sonra yeni jurnal nəşr edildi. Jurnalın ilkin hədəfi müsəlman qadınları maarifləndirmək idi.
Aləm gözəl (ablom)
Aləm gözəl – Azərbaycan Respublikasının əmədar artisti, müğənni Abbas Bağırovun studiya albomu. Alboma 16 mahnı daxildir. == Albom haqqında == Albomda Arif Məlikov, Emin Sabitoğlu, Ənvər Sadıqov və s. bəstəkarların mahnıları yer alır.
Aləm gözəl (albom)
Aləm gözəl – Azərbaycan Respublikasının əmədar artisti, müğənni Abbas Bağırovun studiya albomu. Alboma 16 mahnı daxildir. == Albom haqqında == Albomda Arif Məlikov, Emin Sabitoğlu, Ənvər Sadıqov və s. bəstəkarların mahnıları yer alır.
Bəzmi-aləm Sultan
Bəzmialəm Sultan (1807, Qafqaz – 2 may 1853, Dolmabağça sarayı) — 30-cu Osmanlı sultanı II Mahmudun xanımı və Sultan Əbdülməcidin anası, Validə sultan. == Həyatı == === İlk illəri === Həyatı haqqında çox az məlumat var. Doğum tarixi təxminən 1807-ci il olaraq qəbul edilir. Əslən gürcü olub, kiçik yaşlarında saraya alındığı və Sultan Mahmudun bacısı Əsma Sultanın himayəsində təlim-tərbiyə edildiyi məlumdur. Təlimini tamamladıqdan sonra adı “Dünya məclisi” mənasını verən Bəzmialəm olaraq dəyişdirildi və Sultan Mahmuda təqdim edildi. Ardından yeganə övladı olan Şahzadə Əbdülməcidi 25 aprel 1823-cü ildə dünyaya gətirməklə Sultan Mahmudun ikinci qadınəfəndiliyinə yüksəldi. Səhhəti ağırlaşdığı üçün təmiz hava alması məqsədilə Çamlıcadakı köşkə daşınan Sultan Mahmud 26 iyun 1839-cu ildə yanında olan oğlu Şahzadə Əbdülməcid, xanımı Bəzmialəm Sultan, kürəkəni Xəlil Paşa və məclis üzvü Hüsrəv Paşa ilə vədalaşdıqdan və oğluna reformasiyalarla bağlı məsləhətlər verdikdən sonra komaya girdi. 2 gün sonra – 28 iyun 1839-cu ildə burada vəfat etdi. Şəhərdə baş verə biləcək hər hansı bir ayaqlanmaya qarşı padşahın ölümü 2 gün boyunca gizli tutuldu. 1 iyulda cənazəsi Topqapı sarayına gətirildi və günorta saatlarında cənazə mərasimi keçirildi.
Hüdud əl-aləm
Hüdud əl–aləm (fars. حدود العالم) — X əsrdə, hicri 372–ci (miladi 982–983–cü) ildə naməlum müəllif tərəfindən farsca yazılmış coğrafi traktat. Əsərin tam adı Hüdud əl–aləm min əl–məşriq ili əl–məğribdir (ərəb. حدود العالم من المشرق الی المغرب Hudud əl–aləm min əl–məşriq ili əl–məğrib, fars. حدود العالم من المشرق الی المغرب‎). Əsərin müəllifinin adı tam dəqiqliklə məlum olmasa da o indiki Əfqanıstanın türkmənlər yaşayan Cövzcan vilayətindədir. Azərbaycan coğrafiyasına aid hissə Minorskinin etdiyi tərcümələrin 142-145-ci səhifələrində yerləşir. Hüdud əl-Aləm əsərinin müəllifi təsvir etdiyi ölkələri gəzməyib və bu əsərin yazılması üçün bir neçə fars və ərəb səyyah və coğrafiyaşünasların əsərlərindən istifadə edib. Ona görə də bu əsərin müəllifi bəzi daha öncələr yazılmış və o dövr insanına məlum olan ölkələrin təsvirində eyni xəta və eyni məlumatları təkrarlayır. Müəllifin İstəxri tərəfindən yazılmış "Məmləkətlərin yolları kitabı"na bələd (Kitab məsalik vəl-məmalik) olduğu aşkar məsələdir.
II Aləm Şah
II Aləm Şah — Böyük Moğol İmperiyasının XVII padşahı.
Cəbəlül-Ərəb
Cəbəl-Druz və ya Cəbəl əd-Druz (ərəb. جبل الدروز‎), rəsmi olaraq Cəbəlül-Ərəb (ərəb. جبل العرب‎) — Suriyanın сənubunda vulkan massivi. Maksimum hündündürlüyü 1,800 metrdir (Əl-Ceyna dağı). Əsasən bazaltdan ibarətdir, lava axınları ilə əhatələnmişdir. Zirvə və yamaclarında Pliosen püskürmələrinin kraterləri var. Səhra bitkiləri yayılmışdır.Bu vilayətin sakinlərinin əksəriyyəti druzlardır, həmçinin kiçikmiqyaslı müsəlman və əhəmiyyətli xristian icmaları da var. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Cəbəl-Druz ilə əlaqəli mediafayllar var.
Çöl-Ərəb
Çöl Ərəb — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Muradxan inzibati ərazi dairəsinə daxildir. == Tarixi == == Toponimikası == Çöl Ərəb oyk. Kürdəmir r-nunun Muradxan i.ə.v.-də kənd. Şirvan düzündədir. Oykonim çöl (düzənlik) və Ərəb (etnotoponim komponentlərindən düzəlib, "düzənlikdə yerləşən Ərəb kəndi" mənasındadır. Toponimin tərkibindəki birinci komponent yaşayış məntəqəsini keçmişdə bu ərazidə mövcud olmuş çoxsaylı ərəb komponentli (Ərəb Qaradağ, Ərəb Çəltikçi, Ərəb Sarvan, Ərəb Mehdibəy və b.) kəndlərdən fərqləndirməyə xidmət edir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 526 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Çöl Ərəb
Çöl Ərəb — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Muradxan inzibati ərazi dairəsinə daxildir. == Tarixi == == Toponimikası == Çöl Ərəb oyk. Kürdəmir r-nunun Muradxan i.ə.v.-də kənd. Şirvan düzündədir. Oykonim çöl (düzənlik) və Ərəb (etnotoponim komponentlərindən düzəlib, "düzənlikdə yerləşən Ərəb kəndi" mənasındadır. Toponimin tərkibindəki birinci komponent yaşayış məntəqəsini keçmişdə bu ərazidə mövcud olmuş çoxsaylı ərəb komponentli (Ərəb Qaradağ, Ərəb Çəltikçi, Ərəb Sarvan, Ərəb Mehdibəy və b.) kəndlərdən fərqləndirməyə xidmət edir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 526 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Şəttül-Ərəb
Şəttül-Ərəb (ərəb. شط العرب‎ - Ərəb axını) və ya Ərvəndrud (fars. اروندرود‎ - Ərvənd çayı) — Dəclə və Fərat çaylarının Fars körfəzinə tökülməzdən əvvəl Əl-Kurna məntəqəsi yaxınlığında qovuşmaları nəticəsində yaranan çay. Uzunluğu təxminən 195 km-dir. Böyük hissəsi İraq ərazisindən axsa da, cənub hissəsi İranla İraq arasında təbii sərhəd təşkil edir. Eni dəyişkəndir, Bəsrə yaxınlığında 230 metr olub, mənsəbində 800 metrədək çatır. Çayın üzərində İranın Abadan və Xürrəmşəhr, İraqın Bəsrə kimi əhəmiyyətli sənaye və liman şəhərləri yerləşir. == Ərazi anlaşıqmazları == 17 sentyabr 1980-ci ildə İraq prezidenti Səddam Hüseyn Şəttül-Ərəb çayının statusu ilə bağlı 1975-ci il Əlcəzair razılaşmasını denonsasiya edərək çayın şərq sahillərini İraq ərazisi elan edir və Əbu Musa, Böyük və Kiçik Tonb adalarının İran ordularından təmizlənməsi tələbini irəli sürür. Bu hadisə İran-İraq müharibəsinin başlanması üçün formal səbəblərdən biri olmuşdur.
Ərəb (Ağdaş)
Ərəb — Azərbaycan Respublikasınınnın Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Bəzi qaynaqlarda adı Ərəb Kükəl olaraq da qeyd edilir. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 951-IIQ saylı Qərarı ilə Ağdaş rayonunun Ərəb kəndi Kükəl kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Ərəb kənd inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == == Tarixi == Kəndin yaxınlığında XVIII əsrə aid Surxay qalasının qalıqları aşkar edilmişdir. 1913-cü ildə Yelizavetpol quberniyasının inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Xosrov kənd cəmiyyətinə tabe idi. 1926-cı ildə Azərbaycan SSR-in inzibati-ərazi bölgüsünə əsasən kənd Ərəş qəzasının Hacıəlili dairəsinə aid edilirdi. 1929-cu ildə inzibati bölgü və qəzalar ləğv edildikdən sonra Azərbaycan SSR-in Ağdaş rayonunda Kükəl kənd şurası yaradılmışdır. 1961 və 1977-ci illərin İnzibati bölgüsünə əsasən Ərəb kəndi Azərbaycan SSR Ağdaş rayonunun Kükəl kənd sovetinə daxil idi. 2014-cü ildə Ərəb kənd inzibati ərazi vahidi ləğv edilmiş, kənd Kükəl kənd inzibati ərazi vahidinin tərkibinə daxil edilmişdir. === Tarixi abidələri === Yaxınlığında XVIII əsrə aid Surxay qalasının qalıqları var.
Ərəb (Laçın)
Ərəb — Azərbaycan Respublikasının Laçın rayonu Fətəlipəyə kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd dağətəyi ərazidədir. Yaşayış məntəqəsinin Bağırbəyli tayfasına mənsub ailələr Ərəbdüzü adlanan yerdə salmışlar. Yaşayış məntəqəsi özündə ərəb etnonimini əks etdirir. VII əsrdən ərəb işğallarının başlaması ilə əlaqədar Xilafətin tərkibinə daxil olan ərazilərə, o cümlədən Azərbaycana xeyli ərəb tayfası köçürülmüşdü. Mənbələrin məlumatına görə, təkcə xəzər-ərəb müharibələri dövründə Hişam ibn Mərvan 731-ci ildə Şimal sərhədlərini qorumaq üçün Azərbaycanda Şamdan (Suriya) gəlmiş 40 min ərəb ailəsi yerləşdirmışdi. Ərəblərin Azərbaycana köçürülməsi sonralar kütləvi hal almışdı. Gələn ərəblərin əksəriyyəti İam, Mosul, Diar, Rəbiə, Yəmən, Xeybər, Xillə, Kufə, Bəsrə və s. dairələrdən idi. XIX əsrə aid məlumata görə, Zaqafqaziyada ərəb komponentli kənd adlarının 29-undan 19-u Bakı quberniyasında idi.1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Ərəb (Masallı)
Ərəb — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1106 nəfərdir. == Toponimiyası == Yaşayış məntəqəsi özündə ərəb etnonimini əks etdirir. VII əsrdən ərəb işğallarının başlaması ilə əlaqədar Xilafətin tərkibinə daxil olan ərazilərə, o cümlədən Azərbaycana xeyli ərəb tayfası köçürülmüşdür. Mənbələrin məlumatına görə, təkcə xəzər-ərəb müharibələri dövründə Hişam ibn Mərvan 731-ci ildə şimal sərhədlərini qorumaq üçün Azərbaycanda Şamdan (Suriya) gəlmiş 40 min ərəb ailəsi yerləşdirmişdir. Ərəblərin Azərbaycana köçürülməsi sonralar kütləvi hal almışdır. Gələn ərəblərin əksəriyyəti Şam, Mosul, Diar, Rəbiə, Yəmən, Xeybər, Xillə, Kufə, Bəsrə və s. dairələrdən idi. XIX əsrə aid məlumata görə, Zaqafqaziyada ərəb komponentli kənd adlarının 29-undan 19-u Bakı quberniyasında idi.
Ərəb (Xaçmaz)
Ərəb — Azərbaycan Respublikası Xaçmaz rayon inzibati-ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 969 (2009) nəfərdir. Əsas etnik qrup azərbaycanlılardır. == Təhsil == Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı ilə Xaçmaz rayonu Ərəb kənd 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması üçün 260 000 manat vəsait ayrılmışdır.
Ərəb (dəqiqləşdirmə)
Ərəb (Ağdaş) — Azərbaycanın Ağdaş rayonunda kənd. Ərəb (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Ərəb (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Ərəb (Laçın)DigərƏrəblər — Asiyada millət.
Ərəb Baharı
Ərəb ölkələrində etiraz dalğası — 2010-cu ilin dekabrından ərəb ölkələrində işsizlik, ərzaq qiymətlərinin yüksəlməsi, söz azadlığı, bürokratik əngəllər və aşağı həyat səviyyəsi ilə əlaqədar başlayan etiraz nümayişləridir. İlk qiyam 18 dekabrda Tunisdə başlamış və 1987-ci ildən hakimiyyətdə olan dövlət başçısı Zeynalabdin ben Əlinin ölkəni tərk etməsi və onun qurduğu siyasi sistemin çökməsi ilə nəticələnmişdir. Tunis İnqilabının qələbəsi digər ərəb ölkələrində — Misir, Yəmən, Əlcəzair və İordaniyada da nümayişlər dalğasına səbəb olmuşdur.
Ərəb Bank
Ərəb Bankı – 1930-cu ildə yaradılmış, may ayının 21-də qeydiyyatdan keçmiş təşkilat. == Haqqında == Ərəb Bankı 1930-cu ildə Yerusəlimdə təsis edilib. Zamanla banklar şəbəkəsi ərəb ölkələrinin böyük hissəsini əhatə etmişdir. Bankın baş ofisi 1948-ci ildə İordaniyanın Amman şəhərinə köçürülmüşdür. Ərəb Bank 1962-ci ildə ərəb banklarının beynəlxalq maliyyə bazarında yayılmasının əsasını qoymuşdur. Hal-hazırda 7 şöbəsi, köməkçi bankları və filialları dünyanın əsas maliyyə mərkəzlərində fəaliyyət göstərir. Bankın 40-dan çox ölkədə 350-dən çox şöbəsi fəaliyyət göstərir. Bank öz tərkibində 30 dövləti birləşdirir. Ərəb Bank Əmman birja fondunda qeydiyyatdan keçmiş ictimai səhmdar təşkilatdır. Bank Yaxın Şərqdə və Şimali Afrikada ən iri iqtisadi mühərrik rolunu oynayır.
Ərəb Birliyi
Ərəb Dövlətləri Liqası (ƏDL) (ərəb. جامعة الدول العربية‎; Cəmiyyət əd-Düval əl-Ərəbiyyə) və ya sadəcə Ərəb Liqası (ərəb. الجامعة العربية‎; əl-Cəmiyyə əl-Ərəbiyyə) — ərəb dövlətlərinin beynəlxalq təşkilatı. Hal-hazırda təşkilata 22 dövlət daxildir. Təşkilat Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən 22 mart 1945-ci ildə yaradılmışdır. Təşkilatın mərkəz-qərargahı Qahirə şəhərində yerləşir, indiki baş katibi Əmir Musadır. Türkiyə təşkilatda daimi müşahidəçi statusuna malikdir. == Təsis olunması == ƏDL-in yaradılması, Osmanlı imperiyasının keçmiş ərəb vilayətlərində Birinci Dünya Müharibəsindən sonra yaranan ərəb birliyi hərəkatının ən nəzərə çarpan nəticəsi olmuşdur. Ərəb millətçiləri bu ərazinin beş ayrı suveren dövlətə parçalanmasına qarşı çıxırdılar. Fransa və Böyük Britaniyanın mandat sistemi və Fələstində yəhudi dövlətinin yaradılması, daha çox narazılığa səbəb olmuşdur.
Ərəb dənizi
Ərəbistan dənizi (ərəb. بحر العرب‎, fars. دریای عرب‎, urdu بحیرہ عرب, hind अरब सागर, somali Bada Carbeed, ing. Arabian Sea)— Hind okeanının bir regiondur ki, şimal tərəfindən Pakistan və İran, cənub tərəfindən Somalinin şimal şərqi, şərq tərəfindən Hindistan və qərb tərəfindən Ərəbistan yarımadası ilə həmsərhəddir. Ərəb dənizi səthinin sahəsi (1,491,130 kvadrat mil) təxminən3,862,000 km²-dir.
Ərəb üsyanı
Ərəb üsyanı (ərəb. الثورة العربية, Al-Thawra al-`Arabiyya‎, türk. Arap İsyanı/Ayaklanması, ing. Arab Revolt) — Yaxın Şərqdə müstəqil ərəb dövlətlərinin formalaşmasına səbəb olan 1916-1918-ci illərdə baş vermiş azadlıq hərəkatı. == Arxa plan == Osmanlı İmperiyasının vilayətlərindən biri olan Hicaz, valilər tərəfindən idarə olunurdu. Vilayətin idarəçiyilində, validən başqa Peyğambər soyundan və məhdudi səlahiyyətlərə sahib olan bir əmir mövcud idi. Bu əmirlərdən sonuncusu olan Şərif Hüseyn vəzir rütbəsiylə Dövlət Şurasının bir üzvü olmasına baxmayaraq, Şərif Abdi Lillah Paşanın 1908-ci ildə birdən vəfatı üzərinə Məkkə əmiri tituluna layiq görülmüş və oraya göndərilmişdir. Şərif Hüseyn, II Ədbulhəmidin iqtidarı zamanı etibarsız görülərək İstanbulda saxlanılmış və Dövlət Şurasının üzvü olmuşdur. İttihad və Tərəqqi partiyası rəhbərliyə gəldikdən sonra bu vəziyyət üzərinə onu Məkkə əmiri tituluna layiq görmüşdür. Məkkə əmiri Şərif Hüseyn və bölgənin Osmanlı valisi Vəhib paşa arasındakı anlaşılmazlıq üsyanın təməllərindən biri idi.1865-ci ildə Ərəbistan yarımadasında milliyyətçi ərəb təşkilatları qurulmağa başlandı.
Ərəb İraqı
Cənubi Mesopotamiya və ya Aşağı Mesopotamiya — Mesopotamiyada tarixi region. İraqın Həmrin dağlarından Bəsrə körfəzi yaxınlığındakı Fao yarımadasına qədər allüvial düzənliyində yerləşir. Orta əsrlərdə bu region həm də Səvad və əl-Cəzirə əl-sfliyə ("Aşağı Cəzirə") kimi tanınırdı. Növbəti dövrlərdə region "Əcəm İraqı" adlanan Cibaldan fərqli olaraq əl-İraq əl-Ərəbi ("Ərəb İraqı") adlanmışdır. Cənubi Mesopotamiya Şumer və Babilistanın vətəni idi.
Ərəb əlifbası
Ərəb əlifbası — Suriya, İordaniya, İraq, Ərəbistan yarımadası ölkələri, Misir, Sudan, Somali, Eritreya, İran, Əfqanıstan, Pakistan, Mərakeş, Əlcəzair, Mavritaniya, Tunis, Liviya və s. ölkələrin əlifbası.